İsrail ordusu oktyabrın 29-da bildirib ki, Qəzzada atəşkəs
sazişinin icrasını bərpa edib.
Anklavdakı səhiyyə rəsmiləri isə hava zərbələri nəticəsində 104
nəfərin həlak olduğunu bildiriblər. Hər iki tərəf atəşkəsin
pozulmasına görə bir-birini ittiham edir.
Ötən gecə İsrail Qəzzaya hava zərbələrini fələstinli döyüşçülərin
bir israilli əsgəri öldürməsindən sonra endirdiyini bildirib.
İsrail ordusunun bəyanatında deyilir ki, ordu atəşkəs razılaşmasına
əməl
etməyə davam edəcək və “istənilən pozuntuya” qətiyyətlə cavab
verəcək.
Şahidlər Qəzzaya zərbələr endirildiyini
deyirlər
Şahidlərin sözlərinə görə, oktyabrın 28-də İsrail təyyarələri Qəzza
şəhərinə zərbələr endirib. "Reuters" xəbər verir ki, bundan öncə
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS Fələstin qruplaşmasını
atəşkəs sazişini pozmaqda ittiham edib, Qəzza sektoruna "dərhal və
güclü" hücumların başlanması barədə göstəriş verib. ABŞ və Aİ
HƏMAS-ı terror təşkilatı kimi tanıyır.
Netanyahu daha öncə onu da deyib ki, HƏMAS təxminən yarım ay öncə
əldə olunmuş razılaşmanı pozub, İsrailə girovların meyitlərinin
qaytarılması prosesində "başqa" qalıqları təqdim edib.
İsrail ordusunun rəhbərliyindəki bir mənbə oktyabrın 28-də bildirib
ki, Qəzza sektorunun İsrailin nəzarətində olan bölgələrindən
birində İsrail Müdafiə Qüvvələrinə (SAXAL) hücum olub. Hərbi
rəsmilər "Reuters"ə hadisəni "atəşkəs rejiminin növbəti kobud
pozuntusu" kimi təsvir ediblər.
Bundan öncə İsrail mediası Qəzza sektorunun cənubundakı Rəfah
şəhərində İsrail qüvvələri ilə HƏMAS silahlıları arasında atışma
baş verdiyini yazıb.
HƏMAS isə atəşkəsin bütün şərtlərinə əməl etdiyini bildirir,
Netanyahunun İsrailin öhdəliklərini yerinə yetirməməsi üçün bəhanə
axtardığını iddia edir.
Tramp: Atəşkəsə risk yoxdur
ABŞ prezidenti Donald Tramp oktyabrın 29-da deyib ki, Qəzzada
ABŞ-nin dəstəklədiyi atəşkəsə risk yoxdur. İsrail əsgərinin
öldürülməsinə cavab olaraq anklava endirilmiş zərbələr isə 26
nəfərin həyatına son qoyub.
"Bildiyimə görə, onlar bir israilli əsgəri öldürüblər.
Beləliklə, israillilər cavab veriblər, verməliydilər də. Bu, baş
verəndə onlar cavab zərbəsi endirməlidirlər", – Tramp
"Air Force One" təyyarəsində jurnalistlərə deyib.
İsrail ordusu oktyabrın 29-da bir əsgərinin öldürüldüyünü
təsdiqləyib.
"Atəşkəsə heç nə təhlükə yaratmayacaq. Anlamalısız ki,
HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir, düzgün
davranmalıdır", – Tramp əlavə edib.
Tərəflər bir-birini atəşkəs pozuntularına görə ittiham edir.
HƏMAS Rəfahda İsrail qüvvələrinə hücuma görə məsuliyyəti
götürməyib, bəyanatında atəşkəsə sadiq qaldığını bildirib.
Xatırlatma
ABŞ-nin dəstəyi ilə əldə olunmuş Qəzza sektorunda atəşkəs sazişi
oktyabrın 10-da qüvvəyə minib. Bununla da 2023-cü il oktyabrın 7-sə
HƏMAS-ın İsrailin cənubuna qanlı hücumları ilə başlayan iki illik
müharibəyə son qoyub. Razılaşma çərçivəsində fələstinli qruplaşma
sağ qalan bütün girovları azad edib. İsrail isə müharibə dövründə
həbs edilmiş təxminən 2 min fələstinli məhbus azadlığa buraxılıb.
Saziş çərçivəsində İsrail ordusu hücum əməliyyatlarını
dayandırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.