Rusiya oktyabrın 28-də nüvə mühərriki ilə təchiz edilmiş "Poseydon"
pilotsuz sualtı aparatının sınaqlarını keçirib.
Bunu Rusiya prezidenti Vladimir Putin Mandrık adına Mərkəzi Hərbi
Klinik Xəstəxananın pasiyentləri ilə görüşündə deyib.
Prezidentin sözlərinə görə, qurğu ilk dəfə daşıyıcı sualtı qayıqdan
buraxılıb, özünün atom enerji qurğusunu işə sala bilib. Putin
sınaqları "böyük uğur" adlandırıb. Prezident deyib ki, aparatın
kiçik
ölçüləri, yüksək sürəti, dərinlikdə hərəkət qabiliyyəti onu
tutmağı mümkünsüz edəcək.
Putin bu aparatın "Sarmat" raket kompleksindən daha güclü olduğunu
əlavə edib. AzadlıqRadiosunun rus xidməti yazır ki, prezidentin
konkret nəyi nəzərdə tutduğu açıqlanmayıb. Amma əgər söhbət nüvə
başlığının gücündən gedirsə, "Sarmat"ın ümumi partlayış gücü 7.5
meqatondur.
Putin bu layihə barədə ilk dəfə 2018-ci ilin martında Federasiya
Şurasına müraciətində danışıb. Onda demişdi ki, Rusiyada "böyük
dərinliklərdə, sürəti sualtı qayıqların, ən müasir torpedaların və
ən sürətli suüstü gəmilərin belə sürətini bir neçə dəfə üstələyən"
sualtı dronlar işlənib hazırlanıb.
27 oktyabr
Tramp Rusiyanın 'Burevestnik' sınağı haqda: 'Oyun
oynamırıq'
ABŞ prezidenti Donald Tramp Rusiyanın nüvə başlığı daşıya bilən
"Burevestnik" qanadlı qitələrarası raket sınağına münasibət
bildirib. Bundan bir gün öncə Kreml raketin sınaqdan uğurla
keçdiyini bildirib. Hərbi geyimdə çıxış edən prezident Vladimir
Putin bu raketi "dünyada analoqu olmayan unikal silah" adlandırıb.
Rusiya Baş Qərargahının məlumatına görə, raket 14 min kilometr
məsafə qət edib, bu da onun ABŞ ərazisini vurmağa qadir olduğunu
göstərir.
CNN-in məlumatına görə, Tramp Rusiyanın raket sınağı barədə
jurnalistlərin sualına cavabında deyib ki,
"Putin belə
danışmamalıdır", əvəzində artıq dörd ildir gedən Ukrayna
münaqişəsini başa çatdırmalıdır. "Raket sınaqları keçirməkdənsə,
onlar bu məsələ ilə məşğul olmalıdırlar", – Tramp
vurğulayıb.
"Oyun oynamırıq", – deyən Tramp əlavə edib ki, ABŞ da mütəmadi
raket sınaqları aparır, həmçinin Rusiyanın sahilləri yaxınlığında
"dünyada ən yaxşı" Amerika nüvə sualtı qayığı yerləşir:
"Onun 8 min mil (13 min kilometr) məsafə qət etməsinə
ehtiyac yoxdur".
Jurnalistlərin raket sınağından sonra Rusiyaya əlavə sanksiyaların
gözlənilib-gözlənilmədiyi haqda suala Tramp "Bunu sonra
biləcəksiniz" cavabını verib.
Kremlin bildirdiyinə görə, Rusiya oktyabrın 21-də nüvə enerjisi ilə
işləyən "Burevestnik" (NATO təsnifatında – "SSC-X-9 Skyfall")
qanadlı raketini uğurla sınaqdan keçirib. Putin iddia edib ki,
raketin uçuş məsafəsi məhdudiyyətsizdir, trayektoriyasını
proqnozlaşdırmaq mümkün deyil və bu, onu "mövcud və gələcək hava və
raketdən müdafiə sistemləri qarşısında toxunulmaz" edir.
Bir neçə il öncə "Burevestnik"in Ağ dənizdə sınaqları uğursuz olub,
bir neçə nəfərin ölümü ilə nəticələnib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.