ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpinin Cənubi
Koreyada görüşü başa çatıb.
Məqsəd dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət
müharibəsində razılığa gəlmək, qarşıdakı aylarda daha geniş
dialoqun əsasını qoymaq imkanlarını müzakirə etmək idi.
Görüşdən öncə liderlərin bu məsələlər yanaşı, fentanil istehsalı,
eləcə də Çinin ABŞ-dən soya paxlası alışı kimi məsələləri müzakirə
edəcəyi bildirilirdi.
Tramp danışıqlarda öncə sosial şəbəkədə yazıb ki, Pentaqona
Vaşinqtonun nüvə silahlarının sınağına dair moratoriumunu "dərhal"
ləğv etməyi tapşırıb.
"ABŞ digər bütün ölkələrdən daha çox nüvə silahına malikdir" yazan
Tramp Rusiyanı "ikinci", Çini isə "uzaq üçüncü" adlandırıb, beş il
ərzində fərqin qapadılacağını qeyd edib.
Bu gün isə D.Tramp bildirib ki, digər nüvə gücləri ilə ayaqlaşmaq
üçün ölkəsinin yenidən nüvə silahı sınaqlarına başlaması
məqsədəuyğundur. Tramp jurnalistlərə onu da deyib ki, nüvə
sınaqları üçün məkanlar sonradan müəyyən ediləcək.
Prezidentin sözlərinə görə, o, Çinlə tariflərin azaldılması barədə
razılıq əldə edib. Bu razılığa əsasən, Pekin ABŞ-dən soya paxlası
alışını bərpa, nadir torpaq elementlərinin ixracını davam
etdirməli, fentanil qaçaqmalçılığı ilə mübarizəni
gücləndirməlidir.
"Artıq Çin tərəfdən heç bir maneə yoxdur"
"Air Force One" təyyarəsində jurnalistlərlə danışan Tramp bildirib
ki, Si Cinpinlə "möhtəşəm" görüşü olub, bir çox vacib məsələlərdə
razılığa gəliblər. Buraya ticarət, tariflər və nadir torpaq
elementləri üzrə razılaşmalar daxildir.
Trampın dediyinə görə, ABŞ fentanil böhranında Çinin roluna görə
tətbiq etdiyi tarifləri 10 faiz azaldacaq. Eyni zamanda, Çin
ABŞ-dən böyük həcmdə soya paxlası alışını bərpa edəcək. Pekin bu
ticarəti mayda ABŞ tariflərinə cavab olaraq dayandırmışdı. Tramp
əlavə edib ki, nadir torpaq elementlərinin axınına Çinin qoyduğu
məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı da razılıq əldə
olunub, amma bu haqda detalları açıqlamayıb.
"Nadir torpaq məsələsi tam həll olunub və bu, bütün
dünya üçün keçərlidir... Bu, sadəcə ABŞ-nin deyil, qlobal bir
məsələ idi. Artıq Çin tərəfdən heç bir maneə yoxdur",
– Tramp jurnalistlərə deyib.
Tramp həmçinin Rusiyanın Ukraynada üç ildən artıqdır apardığı
təcavüzkar müharibəni də müzakirə etdiklərini deyib. O əlavə edib
ki, Si ilə bu məsələdə birlikdə işləməyə razılaşıblar:
"Razıyıq ki, tərəflər döyüşü dayandıra bilmirlər,
görünür, bəzən onların döyüşməyinə imkan verməlisən. Amma biz
Ukrayna məsələsində birlikdə çalışacağıq".
Çin rəsmiləri, hələlik, görüş barədə rəsmi açıqlama
verməyiblər.
+++
Tramp 2019-cu ildən bəri S.Cinpinlə ilk dəfə üzbəüz görüşürdü.
Görüş Cənubi Koreyanın Busan şəhərində baş tutub. Tramp Asiya
turunu bu görüşlə başa vurub. O, səfər zamanı Cənubi Koreya,
Yaponiya və Cənub-Şərqi Asiya ölkələri ilə ticarət sahəsində
proqres əldə olunduğunu vurğulayıb.
Cinpinlə görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının
(APEC) sammiti çərçivəsində keçirilib, iki saata yaxın davam edib.
Tramp görüşün sonunda Si ilə əl sıxıb, onu avtomobilinə qədər
müşayiət edib.
ABŞ təmsilçiləri bazar günü bildirmişdilər ki, Çinlə əldə olunmuş
çərçivə razılaşmasına görə, Çin mallarına 100 faizlik tarif
qoyulmayacaq, Çinin nadir torpaq elementlərinin ixracına qoyduğu
məhdudiyyətlər təxirə düşəcək.
Tramp Si Cinpinlə Rusiya neftini müzakirə etməyib
Təhlilçilər bu görüşdən öncə AzadlıqRadiosuna deyiblər ki,
danışıqlarda genişmiqyaslı razılaşma imkanları məhduddur. Ancaq
ticarət gərginliyinin azaldılması gələn il Trampın Çinə səfəri və
Si Cinpinin ABŞ-a gözlənilən səfəri ərəfəsində daha böyük saziş
üzrə danışıqlara zəmin yarada bilər.
Tramp gələn ilin aprelində Çinə səfər edəcəyini açıqlayıb.
Görüşdən öncə Tramp və Sinin Tayvan və Çinin Rusiyaya dəstəyi kimi
ikitərəfli münasibətlərdəki gərginlik mənbələrini də müzakirə
etmələri gözlənilirdi. Amma Trampın dediyinə görə, görüşdə
Tayvandan danışmayıblar. Pekin Tayvanı öz ərazisi sayır.
ABŞ prezidenti onu da əlavə edib ki, görüşdə Çinin Rusiyadan neft
alması məsələsi də qaldırılmayıb.
Ukrayna və müttəfiqləri görüş ərəfəsində Trampı Si Cinpinə Rusiyaya
verdiyi dəstəyə görə təzyiq göstərməyə çağırmışdılar. Görüşdən bir
həftə öncə Vaşinqton Rusiyanın iki böyük neft şirkətinə sanksiya
açıqlayıb.
Çin Rusiya xam neftinin ən böyük alıcısıdır. Pekin Ukraynada
müharibədə Moskvanın enerji sənayesinin əsas dayağına çevrilib.
Tramp görüşdən bir neçə gün öncə Si ilə bu məsələnin müzakirəsini
planlaşdırdığını demişdi. Ancaq bir çox təhlilçilərin fikrincə, ABŞ
prezidenti bu görüşdən digər iqtisadi prioritetlərə fokuslanmaq
üçün istifadə edəcəkdi.
"Tramp əslində Pekinə bu məsələ ilə bağlı ciddi təzyiq
göstərməyib, çünki onun Si Cinpinlə müzakirə etdiyi digər
prioritetləri var", – ABŞ-nin keçmiş prezidenti Corc
Buşun Çin üzrə baş müşaviri olmuş Dennis Uaylder AzadlıqRadiosuna
deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.