Volodin 'xarici agent'lərin pensiyalarının xüsusi hesabda saxlanılmasını təklif edib
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, "xarici agentlər" siyahısına salınmış Rusiya vətəndaşlarının pensiyaları xüsusi hesablara köçürülməlidir.

"Bizdə nə alınır? Ölkəsini satmış adam Parisdə gəzib dolaşır, amma pensiyasını Rusiyadan alır. Bu pullar xüsusi hesaba köçürülməlidir. Əgər pensiyasını almaq istəyirsə, qoy ölkəyə gəlsin və gördüyü işlərə görə cavab versin. Daha sonra pensiyaya heç ehtiyacı qalmaya bilər, çünki
işləməli olacağı yerlərdə yemək pulsuzdur",
– Volodin deyib.

2025-ci ilin martından Rusiyada qüvvəyə minmiş qanuna görə, "xarici agent"lər gəlirlərini yatırmağa xüsusi hesab açmalıdırlar. Buraya daşınmaz əmlakın və avtomobillərin satışı və icarəsindən, depozitlərdən, səhmlərdən, eləcə də intellektual fəaliyyət və brendlərin istifadəsindən əldə olunan gəlirlər daxildir. Bu vəsaitlərdən yalnız "xarici agentlər" reyestrindən çıxarıldıqdan sonra istifadə etmək mümkündür.

Bu ilin iyununda Dövlət Duması "xarici agent"lərə kəsilən cərimələrin xüsusi hesablardan tutulmasına icazə verən qanun da qəbul edib. İnzibati Məcəlləyə dəyişikliklər isə "xarici agent"ləri Rusiyadan kənarda törətdikləri iddia olunan inzibati pozuntulara görə məsuliyyətə cəlb etməyə imkan verir. Qanun həmçinin materialların düzgün qeyd olunmamasına görə cəzanı da sərtləşdirib.

Rusiya qanunvericiliyinə "xarici agent" anlayışı 2012-ci ildə salınıb. Əvvəlcə bu status yalnız xaricdən maliyyə alan və siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarına verilirdi. Daha sonra qanun fiziki və hüquqi şəxslərə aid edilməyə başladı. Əsasən hüquq müdafiəçiləri, jurnalistlər, aktivistlər və media bu reyestrə salınır.

"Xarici agent" statusu daşıyan şəxslər hər rüb şəxsi hesablarındakı vəsaitlərin hərəkəti barədə hesabat verməli, bütün ictimai paylaşımlarını xüsusi qeydlə yaymalıdırlar. Hesabatda hər hansı səhv, yaxud xüsusi qeydin olmaması hətta həbslə cəzalandırıla bilər.

"Xarici agent"lərin seçkilərdə iştirakı, seçki komissiyalarında üzvlük, yaxud müşahidəçilik, dövlət müəssisələrində dərs demək, ictimai tədbirlər təşkil etmək, müqavilə əsasında ordu sıralarında xidmət qadağandır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google