ABŞ-nin keçmiş vitse-prezidenti, 2003-cü ildə İraqın işğalını
dəstəkləyən Dik Çeyni 84 yaşında vəfat edib.
Tarixçilər onu ölkə tarixində ən güclü vitse-prezidentlərdən biri
sayırlar.
Ailəsinin məlumatına görə, Çeyni noyabrın 3-də pnevmoniya,
ürək-damar xəstəliklərinin ağırlaşmasından vəfat edib.
Respublikaçı D.Çeyni konqresmen, müdafiə naziri olub. Texasın
ovaxtkı qubernatoru Corc Buş 2000-ci ildə prezident seçkisinə
onunla birlikdə gedib.
2001-2009-cu illərdə vitse-prezident
postunda olan Çeyni
prezidentlik səlahiyyətlərinin genişləndirilməsinə çalışıb. O, eyni
zamanda, vitse-prezident idarəsinin nüfuzunu gücləndirib, milli
təhlükəsizlik komandası yaradıb.
Çeyni 2003-cü ildə İraqın işğalının qatı tərəfdarlarından, İraqda
iddia olunan kütləvi qırğın silahları təhlükəsi ilə bağlı Buş
administrasiyası rəsmiləri arasında ucadan danışanlardan olub. Amma
İraqda bu silahlar tapılmadı. Çeyni isə sonralar israr edirdi ki,
ozamankı kəşfiyyat məlumatlarına əsasən işğal, İraq prezidenti
Səddam Hüseynin devrilməsi düzgün qərar idi.
Onun qızı Liz Çeyni də nüfuzlu respublikaçı konqresmen olub. Ancaq
o, respublikaçı prezident Donald Trampa qarşı çıxandan, onun
impiçmentinə səs verəndən sonra Nümayəndələr Palatasındakı yerini
itirib. Atası onunla razılaşıb, 2024-cü ildə demokratlardan namizəd
Kamala Harrisə səs verəcəyini deyib.
Çeyni ürək problemlərindən əziyyət çəkib, 37 yaşında ürəktutmaları
olub. 2012-ci ildə ona ürək köçürülüb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.