Böyük Britaniyada antiislam fəalı bəraət alıb, Maska təşəkkür edib
Noyabrın 4-də Britaniyada antiislam fəalı Tommi Robinson terrorla mübarizə qanunlarını pozmaq ittihamı üzrə bəraət alıb. O, milyarder İlon Maska onun müdafiəsini maliyyələşdirdiyinə görə təşəkkür edib.

Robinson polisə telefonunun parolunu verməkdən imtina etmişdi.

42 yaşlı fəalın əsl adı Stiven Yaksli-Lennondur. O, bəzi britaniyalı millətçilərin simvoluna çevrilib, ölkənin miqrasiya əleyhinə kampaniyalarının tanınmış simalarından biridir.

2024-cü ilin iyulunda
İngiltərənin cənub-şərqindəki La-Manş tunelinin qatar terminalında sərhəd nəzarətindən keçərkən polis onu saxlayıb. Polis zabitinin onun davranışından şübhələndiyi bildirilir. O, dostuna məxsus bahalı "Bentley"də İspaniyanın cənubundakı Benidorma gedirmiş, bileti də elə həmin gün alıbmış.

Polis əməkdaşları Robinsonun telefonunu alıblar, onu açmaq üçün parolunu istəyiblər. Amma o, imtina edib, jurnalist olduğunu və telefonda gizli materiallar saxladığını deyib.

Londonda miqrasiya əleyhdarı Tommi Robinsonun təşkil etdiyi mitinq.

Məhkəmənin hökmündə deyilir ki, görünür, polis Robinsonu siyasi baxışlarına görə saxlayıb və bu səbəbdən də həmin qərar qanunsuz sayılıb.

"İlk növbədə İlon Maska təşəkkür edirəm... Nə üçün bizdə ədalət, jurnalistlərə qarşı terror ittihamlarına qarşı mübarizəmiz üçün bir amerikalı savaşmalı oldu?", – Robinson məhkəmədən çıxanda deyib.

Mask Robinsonun postlarını X platformasında (keçmiş Twitter) paylaşır. O, Robinsonun Londonda təşkil etdiyi, təxminən 150 min nəfərin qatıldığı son mitinqə videobağlantı ilə qoşulub. Məhkəmədən öncə Robinson Maskın onun müdafiəsini maliyyələşdirdiyini bildirmişdi.

Robinson pozuntuları ifşa etdiyi üçün dövlətin onu hədəfə aldığını iddia edir. Tənqidçiləri isə onu radikal sağçı təxribatçı adlandırırlar, bir sıra məhkumluğu olduğunu deyirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google