Rusiyalı döyüşçü Pyotr Yan Las-Veqasda keçirilən UFC 323 turnirində
Merab Dvalişvilini
məğlub etməyi bacarıb və ən yüngül (bantamweight) çəki dərəcəsinin
çempion kəmərinə sahib olub.
Bununla Merab Dvalişvilinin ardıcıl 14 qələbədən ibarət seriyası
dayandı. Bu, onun UFC-də ümumilikdə üçüncü məğlubiyyətidir. O,
bundan əvvəl son dəfə 2018-ci ildə uduzmuşdu.
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.