"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna
çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə "Liverpul"un
qonağı olub. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan çempionu böyük hesabla məğlub olsa da, ümumilikdə 10
xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk
dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Liqa mərhələsində ümumilikdə 36 klub təmsil olunurdu. Onlardan ilik
8-ci pilləni tutanlar birbaşa növbəti mərhələyə vəsiqə qazanmış
olublar. Cədvəldə 9-dan 24-cü yerə qədər qərarlaşan klublar isə
pley-off-da qarşılaşacaqlar. 24-cü pillədən sonra gələnlər isə
mübarizənə dayandırıblar.
Azərbaycanda çoxsaylı azarkeşi olduğu bildirilən Türkiyənin
"Qalatasaray" klubu da pley-off-a yüksəlib. İstanbul
təmsilçisi
20-ci yeri tutub.
"Qarabağ" və "Qalatasaray"ın pley-off mərhələsindəki rəqibləri
yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.
21 yanvar
'Qarabağ' 'Ayntraxt'a son dəqiqə qolu ilə qalib gəlib
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda
Bakıda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç
Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80)
olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Şaibi
(78-penalti) fərqləniblər. "Qarabağ"a qələbə gətirən qola isə
90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa
mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda,
dekabrın 29-da səfərdə İngiltərənin "Liverpul" klubunun qonağı
olacaq.
Bundan əvvəlki maçlarda isə Azərbaycan çempionu Bakıda Niderlandın
"Ayaks", səfərdə isə İtaliyanın "Napoli" klubuna məğlub
olmuşdu.
5 noyabr
'Qarabağ'-'Çelsi' oyununda bərabərlik
Noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu
çərçivəsində Bakıda "Qarabağ" və "Çelsi" qarşılaşması olub. Oyun
2:2 hesabı ilə başa çatıb.
Hesabı əvvəlcə londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian
fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə
Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra
isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini
qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas
olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb
Bununla da "Qarabağ" 7-ci xalını qazanıb.
Bundan öncə, oktyabrın 22-də UEFA Çempionlar Liqasının Liqa
mərhələsinin üçüncü turu çərçivəsində İspaniya təmsilçisi "Atletik
Bilbao" ilə səfər qaşılaşmasında "Qarabağ" 3:1 hesabı ilə məğlub
olmuşdu.
1 oktyabr
'Qarabağ' 'Kopenhagen'i də məğlub etdi
Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubu bu gün, oktyabrın
1-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini
qazanıb. Qurban Qurbanovun kollektivi Bakıda "Kopenhagen"i məğlub
edib.
Azarkeşlər iki qola şahidlik ediblər. Görüş "Qarabağ"ın 2:0 hesablı
qələbəsi ilə başa çatıb.
"Qarabağ" birinci turda səfərdə "Benfika"ya qalib gəlmişdi -
3:2.
Bununla da Ağdam təmsilçiləri 6 xala yiyələnib.
17 sentyabr
'Benfika'nın baş məşqçisi 'Qarabağ'a məğlubiyyətdən sonra istefaya
göndərilib
"Benfika" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin
"Qarabağ"a uduzduqları ilk oyunundan sonra baş məşqçisi Brunu Laje
ilə yollarını ayırıb.
Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama
verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini
sözlərinə əlavə edib.
"Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
16 sentyabr
'Qarabağ' səfərdə 'Benfika'nı məğlub edib
Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nı məğlub edib.
Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə
də, 90 dəqiqənin sonuna qədər geridönüş etməyi bacarıb - 2:3.
Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis
Pavlidis vurub.
"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey
Kaşuk fərqlənib.
Azərbaycan çempionu tarixində ikinci dəfə idi ki, UEFA Çempionlar
Liqasında Liqa mərhələsinə vəsiqə qazanmışdı.8 il əvvəl həmin
mərhələdə “Qarabğ” yalnız iki xal qazanmışdı. Bu dəfə isə Ağdam
təmsilçiləri ilk görüşündəcə 3 xala yiyələnib Bu mərhələdə
“Qarabağ”ı daha 7 oyun gözləyir. Azərbaycan çempionunun sonrakı
rəqibləri "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Atletik"
(İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks"
(Niderland) və "Kopenhagen"dir (Danimarka).
Final uğrunda ümumilikdə 36 klub mübarizə aparır. Səkkiz oyunun
nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar
növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası
qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar
keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan
komandalara qatılacaq.
25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış
olacaqlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.