FOTO - Marneulili məşqçi Dünya Sudo Federasiyasının sertifikatına layiq görülüb
Dünya Sudo Federasiyası tərəfindən Marneulili idmançı, məşqçi "Muaytay" və "Savate" federasiyasının vitse-prezidenti Faiq Məmmədov sertifikatla təltif olunub. Bu haqda məlumatı Məmmədov özü şəxsi "Facebook" səhifəsində yayımlayıb.

O bildirib ki, "Branch" sertifikatına və həmçinin "Sudo" döyüş növü üzrə Gürcüstan təmsilçisi adına layiq görülüb.

Məmmədov idmançıları onların federasiyasına qoşulmağa və dünya arenalarında "K-1" və "MMA" yarışlarında iştirak etməyə də çağırıb.

Print Email
FaceBook Twitter Google