Bakının qeydinə görə "Arsenal"da oynayan erməni futbolçunu Avropa liqasının finalında iştirak etmək üçün ölkəyə buraxacaqlar
Azərbaycanın XİN-i bildirib ki, Azərbaycan və Ermənistan arasında olan uzunmüddətli qarşıdurmaya baxmayaraq Ermənistandan olan futbol klubu “Arsenal”ın oyunçusu Henrix Mxidaryan Avropa Liqasının final oyununda, may ayının sonunda, Bakıda oynayacaq.

Nazirliyin nümayəndəsi Leyla Abdullayeva mətbuata bildirib ki, “Azərbaycanda çox sayda idman tədbirləri keçirilib və erməni idmançılar tədbirlərdə iştirak edirlər. İdman və siyasət ayrıdır” – o, deyib.

Mxidarianinin “Arsenalı” 29 mayda Bakıda “Çelsi” ilə, UEFA-nın Avropa liqasının finalında qarşılaşacaq. Oyun Bakı olimpiya stadionunda baş tutacaq. Stadion 69 minə yaxın tamaşaçı tutur. Azərbaycanda bu oyun ilk dəfə keçiriləcək.

Arsenal bildirib ki, o, UEFA-dan Mxidrianinin Bakıya gedə biləcəi və bu oyunda iştirak edəcəyi ilə bağlı zəmanət tələb edib. Erməni futbolçu Bakıya bu sezonun ilkin mərhələsində, oyun qruplarda keçirilən zaman getməyib.

UEFA 10 mayda bildirib ki, Azərbaycan Futbol Federasiyasının zəmanəti var. Ancaq belə bir zəmanətin hökumət tərəfindən də olub olmaması qeyd olunmayıb.

Mənbə: radiotavisupleba.ge
Print Email
FaceBook Twitter Google