Bakının qeydinə görə "Arsenal"da oynayan erməni futbolçunu Avropa liqasının finalında iştirak etmək üçün ölkəyə buraxacaqlar
15:08 / 12.05.2019
Azərbaycanın
XİN-i bildirib ki, Azərbaycan və Ermənistan arasında olan
uzunmüddətli qarşıdurmaya baxmayaraq Ermənistandan olan futbol
klubu
“Arsenal”ın oyunçusu Henrix Mxidaryan Avropa
Liqasının final oyununda, may ayının sonunda, Bakıda oynayacaq.
Nazirliyin nümayəndəsi Leyla Abdullayeva mətbuata bildirib ki,
“Azərbaycanda çox sayda idman tədbirləri keçirilib və erməni
idmançılar tədbirlərdə iştirak edirlər. İdman və siyasət ayrıdır” –
o, deyib.
Mxidarianinin “Arsenalı” 29 mayda Bakıda “Çelsi” ilə, UEFA-nın
Avropa liqasının finalında qarşılaşacaq. Oyun Bakı olimpiya
stadionunda baş tutacaq. Stadion 69 minə yaxın tamaşaçı tutur.
Azərbaycanda bu oyun ilk dəfə keçiriləcək.
Arsenal bildirib ki, o, UEFA-dan Mxidrianinin Bakıya gedə biləcəi
və bu oyunda iştirak edəcəyi ilə bağlı zəmanət tələb edib. Erməni
futbolçu Bakıya bu sezonun ilkin mərhələsində, oyun qruplarda
keçirilən zaman getməyib.
UEFA 10 mayda bildirib ki, Azərbaycan Futbol Federasiyasının
zəmanəti var. Ancaq belə bir zəmanətin hökumət tərəfindən də olub
olmaması qeyd olunmayıb.
Mənbə:
radiotavisupleba.ge