Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda iştirak edirlər (VİDEO)
03:25 / 26.05.2019
24-26 may
tarixində Tbilisi şəhərində keçirilən açıq Gürcüstan çempionatında
Marneulili idmançılar da iştirak edirlər.Bu
haqda məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı məşqçi Tofiq
Əkbərov dedi. Onun sözlərinə görə, Gürcüstan Taiboksinq, Kikboksinq
Milli federasiyasının təşkil etdiyi yarışa Marneulinin "Gorarxı"
idman klubunun idmançıları uğurla başlayıblar.
Əkbərovun dediyinə görə, 38.5 kq çəki dərəcəsində yarışda iştirak
edən Fərid Ocaqverdiyev bütün rəqiblərinə qalib gələrək finala
yüksəlmişdir. Çempionatda iştirak edən digər idmançı 28 kq çəki
dərəcəsində mübarizə aparan Cahandar Əsgərov isə yarımfinala qədər
yüksələrək, üçüncü yerə layiq görülmüşdür.
Onu da bildirdi ki, idmançıların qazandıqları nəticələr Marneuli
rayonu üzrə Taiboksinq idman növündə rəsmi olaraq bir ilkdir.
Məşqçi Tofiq Əkbərov idmançıların hazırlğı və yarış
fəaliyyətlərindən razı olduğunu qeyd edərək, gələcəkdə ölkə və
beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklərindən ümidvar
olduğunu bildirdi.