Marneulili idmançılar Tbilisidə keçirilən Beynəlxalq turnirdən qələbə ilə qayıdıblar
Gürcüstanın paytaxtı Tbilisidə "Muaytay" üzrə
Gürcüstan açıq birinciliyi uğrunda Beynəlxalq turnir
keçirilib.
Turnir 8, 9 iyun tarixində "Muaytay"
federasiyasının təşkilatçılığı ilə baş tutub. Turnirdə Gürcüstan və
Azərbaycan idmançıları iştirak ediblər. Yarışa Marneuli idmançıları
da qatılıblar.
Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Muaytay"
və "Savate" federasiyasının vitse-prezidenti Faiq Məmmədov dedi.
Onun sözlərinə görə Marneulidən yarışa yeddi idmançı qatılıb.
Yarışda Marneulidən olan idmançılar 40 kq çəki dərəcəsində Əli
Əliyev və 35 kq çəki dərəcəsində Yusif İsmayılov bütün rəqiblərinə
qalib gələrək birinci yeri tutublar. Marneulidən olan digər
idmançılar isə ikinci yerə layiq görülüblər.
Xatırladaq ki, Marneulidən olan idmançılar aprel ayında Tbilisidə
"Muaytay" üzrə Beynəlxalq turnirdə də iştirak etmişdilər. Həmin
yarışda Oqtay Mirzəyev bütün rəqiblərinə qalib gələrək qızıl medal
qazanmışdı. Eldar Qədimov ikinci, Rəvan Əkbərov isə üçüncü yerə
layiq görülmüşdü.