Marneulili idmançı İranda qara kəmərə layiq görülüb (FOTO)
Marneulili idmançı, məşqçi "Muaytay" və "Savate" federasiyasının vitse-prezidenti Faiq Məmmədov İranda Kyokshing Karate üzrə 6-cı dan qara kəmərə layiq görülüb. Bu haqda məlumatı Məmmədov özü şəxsi "Facebook" səhifəsində yayımlayıb.

O, bildirib ki, ona 6-cı dan qara kəmər Gürcüstanda əlbəyaxa döyüş növlərini təbliğ etdiyinə görə verilib.

Məmmədov idmançıları onların federasiyasına qoşulmağa və dünya arenalarında iştirak etməyə də çağırıb.

Print Email
FaceBook Twitter Google