Marneulili idmançılar İranda keçirilən beynəlxalq turnirdə iştirak ediblər (VİDEO/FOTO)
30 avqust tarixində Marneulili idmançılar İranın İsfahan şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Muaytay” və “Savate” federasiyasının vitse-prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, İranda keçirilən “Razmavaran” turnirinə Marneulidən iki idmançı qatılıb. 70 kq-dək çəki dərəcəsində mübarizəyə qatılan Vahid Talıbov bütün rəqiblərinə qalib gəlsə də, finalda İranlı idmançıya məğlub olaraq ikinci yeri tutb.

80 kq-dək çəki dərəcəsində mübarizə aparan digər idmançı Müşfiq Əliyev isə ikinci döyüşündə zədə alaraq yarışı dayandırmalı olub.

Xatırladaq ki, İranda keçirilən beynəlxalq turnirdə 5 ölkə - İran, Gürcüstan, Azərbaycan, Əfqanıstan və Ermənistan idmançıları iştirak ediblər.



Print Email
FaceBook Twitter Google