Marneulili idmançılar Tbilisi şəhərində keçiriləcək “Dünya Çempionat”ına hazırlaşırlar
Marneulili idmançılar 1-3 noyabr tarixində
Tbilisi şəhərində keçiriləcək “Dünya Çempionat”ında iştirak
edəcəklər.
Bu
haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan”
federasiyasının prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, yarış Kikboks, Tayboks və Sayokan döyüş
növləri üzrə keçiriləcək. Bu yarışlara Marneulidən iki idman klubu
qatılacaq.
"Bu klublardan biri mənimdir. Digəri isə Röyal Qarabağlıya aiddir.
Mənim idman klubumdan beş idmançı qatılacaq", – Faiq
Məmmədov dedi.
Onun sözlərinə görə, onun təşkilatçılığı ilə ilk dəfə Sayokan döyüş
növü üzrə Avropa çempionatı keçiriləcək.
F. Məmmədov onu da əlavə etdi ki, bu çempionatda iştirak etmək
istəyən federasiyalar öz döyüş növlərini sala bilər.
Tbilisidə keçiriləcək yarışda Gürcüstanla yanaşı Azərbaycan,
Türkiyə, İran, İraq və Ermənistan idmançıları da iştirak
edəcəklər.