Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda iştirak ediblər
Marneulili idmançılar 1-3 noyabr tarixində Tbilisi şəhərində keçirilən “Dünya Çempionat”ında iştirak ediblər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, yarış Kikboks, Tayboks və Sayokan döyüş növləri üzrə keçirildi. Bu yarışlara Marneulidən iki idman klubu qatılmışdır.

"Bu klublardan biri mənimdir. Digəri isə Röyal Qarabağlıya aiddir. Mənim idman klubumdan beş idmançı qatılmışdır. Onlardan Elmar Məmmədov, Araz Şıxıyev və Tərxan İsmayılov birinci yerə, İlkin Şıxıyev və Altun Əsgərov isə ikinci yerə layiq görüldülər. Digər idman klubundan olan üç idmançı isə birinci yerə çıxaraq, qara kəmər qazandılar", – Faiq Məmmədov dedi.

Onun sözlərinə görə, onun təşkilatçılığı ilə ilk dəfə Sayokan döyüş növü üzrə Avropa çempionatı keçirildi.

F. Məmmədov onu da əlavə etdi ki, dünya arenalarında iştirak etmək istəyən idmançılar onların idman klublarına qoşularaq iştirak edə bilərlər.

Tbilisidə keçiriləcək yarışda Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, İran, İraq, Ukraina və Ermənistan idmançıları da iştirak edirdilər.

Print Email
FaceBook Twitter Google