Marneulili idmançılar Muaytay üzrə “Beynəlxalq turnir”də iştirak edəcəklər
Marneulili idmançılar
14-15 dekabr tarixində Tbilisi şəhərində keçiriləcək Muaytay üzrə
“Beynəlxalq turnir”də iştirak
edəcəklər.
Bu haqda məlumatı
“Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının
prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, yarış Kikboks və Tayboks döyüş növləri üzrə
keçiriləcək. Bu yarışlara Marneulidən üç idman klubu qatılacaq.
"Bu klublardan biri mənimdir. Digəri isə Röyal
Qarabağlıya və Roman Orucova məxsusdur. Ümumilikdə Marneulidə
fəaliyyət göstərən idman klublarından 25 idmançı qatılacaq.
Tbilisi, Rustavi, Qardabani və digər bölgələrdən də idmançılar
iştirak edəcəklər", – Faiq Məmmədov dedi.
Onun sözlərinə görə, Muaytay üzrə “Beynəlxalq turnir”i “Gürcüstan
Muaytay Federasiyası”nın təşkilatçılığı ilə baş tutacaq.
Onu da əlavə edək ki, paytaxt Tbilisi şəhərində Muaytay üzrə
“Beynəlxalq turnir”də 6 ölkə - Gürcüstan, Azərbaycan, İran,
Ukraina, Rusiya və Ermənistan idmançıları iştirak edəcəklər.