Marneulili idmançı Bakıdan medalla ilə qayıdıb
Marneulili idmançı Fərid Ocaqverdiyev Bakıda keçirilən Beynəlxalq Turnirdə iştirak edib. Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi Tofiq Əkbərov verdi. Onun sözlərinə görə, Bakıda təşkil olunmuş turnir 2 fevral tarixində Azərbaycan Muaytay Federasiyasının təşkilatçılığı ilə keçirilib və Fərid Ocaqverdiyev bu yarışda gümüş medal qazanıb.

"Fərid Ocaqverdiyev "Gorarxı" idman klubunun üzvüdür və o, Bakıda keçirilən turnirə Gürcüstan Kikboksinq Federasiyası tərəfindən qatılıb. 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Marneulili idmançımız bütün rəqiblərinə qalib gələrək finala yüksəldi. Amma finalda rəqibinə məğlub olaraq gümüş medala sahib olub", – Tofiq Əkbərov dedi.

Onu da əlavə edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə idmançıları iştirak ediblər.

Print Email
FaceBook Twitter Google