Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol məktəbinin yetirməsi
İlkin Əhmədov Türkiyənin aparıcı kulublarından biri olan
“Qalatasaray” futbol klubunun 18 yaşlılardan ibarət komandasına
dəvət alıb.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Gənclik” futbol
məktəbinin baş məşqçisi Əhməd İsmayılov məlumat verdi.
Onun sözlərinə görə, İlkin Əhmədov 2011-ci ildən “Gənclik” futbol
məktəbinə üzv olub və bu günə qədər isə ölkə çempionatlarında
iştirak edib. Əhməd İsmayılov onu da bildirdi ki, İlkin 2019-cu
ilin sonlarında Türkiyənin "Bursaspor" klubuna transfer
edilmişdi.
Əhməd İsmayılovun sözlərinə görə, İlkin Əhmədov “Qalatasaray”
futbol klubunda yoxlamadan keçib və ona klubun vəsiqəsi də təqdim
olunub. O, qeyd etdi ki, İlkin Əhmədov böyük futbolda da iştirak
edəcək və böyük uğur qazanacaq.
“Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılovun
sözlərinə görə, Kirəc-Muğalıdan Kərimov Nail, Algetidən Ramazanov
İsmət və Marneulidən Vəliyev Kazım mart ayında Türkiyənin
“Sivasspor” futbol klubuna transfer ediləcək və hal-hazırda həmin
yetirmələr klub tərəfindən seçilib.
Ə.İsmayılov bildirdi ki, “Gənclik” futbol məktəbinin fəaliyyəti və
gənc futbolçunun uğura imza atmasında Azərbaycanın Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan
Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin də (GAİM) xüsusi rolu
var.
Müəllif: Amil Məmmədov