Marneulili idmançı Beynəlxalq SQAY Şurasının vitze-prezidenti seçilib
Marneulili idmançı Tofiq Əkbərov Beynəlxalq SQAY Şurasının (International Council of SQAY) 5 il müddətinə vitse-prezidenti seçilib. Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi Tofiq Əkbərov verdi. Onun sözlərinə görə, o, 2012-ci ildən Beynəlxalq SQAY Şurasının nümayəndəsidir.

"SQAY qədim Kəşmirdə əsası qoyulmuş Orta Asiya qılınc döyüşü sənəti növüdür. Bu il şuranın görüşü planlaşdırılırdı. Amma koronavirusa görə, görüş video-konfrans formatında keçirildi və məni də 5 il müddətinə vitse-prezident seçdilər", – Tofiq Əkbərov dedi.

Tofiq Əkbərov bildirdi ki, o, gələcəkdə SQAY döyüş növü üzrə beynəlxalq turnirlərin təşkil edilməsi və turnirdə iştirak etməyi düşünür, eləcə də beynəlxalq konfranslara və seminarlara qatılmağı da planlaşdırır.

Tofiq onu da əlavə etdi ki, gələcəkdə döyüş növünün Gürcüstanda və digər bölgələrdə yayılması üçün əlindən gələni edəcək.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər