Tbilisi "Lokomotiv"-i Moskva "Dinamo"-sunu məğlub edib
Avropa Liqasının ikinci təsnifat mərhələsində Tbilisi "Lokomotiv"-i Moskva "Dinamo"-sunu 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi, komandanın bu mərhələdəki rəqibi İspaniyanın "Qranada" komandası olacaq. Qarşılaşmaya "Mixeil Mesxi 2" ev sahibliyi edib.

Moskvalılar matçın ilk hissəsində üstünlüyə sahib olublar, ilk təhlükəli vəziyyəti onlar yaradıblar, ancaq fasiləyə qədər hesab dəyişməyib – 0:0.

İkinci hissədə Tbilisililər qol vurub. İrakli Sixarulidze Tornike Kirkitadzenin ötürməsini qola çevirib – 1:0. İkinci qolu 76-cı dəqiqədə Qavaşelişvili vurub.

Matçın sonunda "Dinamo" futbolçuları 11 metrlik cərimə zərbəsi qazanıblar və hesabı arasındakı fərqi azaldıblar – 2:1. Görüş bu hesabla da başa çatıb.

Tbilisi "Lokomotiv"-i Moskva "Dinamo"-sunu məğlub edib.

Mənbə: İnterPressNews
Print