Marneulidə məktəblər arasında futbol turnirinin final görüşü keçirilib (FOTO)
19 sentyabr tarixində Marneulidə məktəblər arasında futbol turnirinin final görüşü baş tutub. Turnir Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı və maddi dəstəyi ilə baş tutub. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov məlumat verdi. Onun sözlərinə görə, Marneulidə keçirilən yarış Beynəlxalq dərəcəli hakim, “Qızıl fit” mükafatı laureatı Tofiq Bəhramov və Gürcüstanın gənclərdən ibarət yığma komandasının üzvü Badri Qivianidzenin xatirəsinə həsr edilib.

“Yarışda 14 komanda iştirak edirdi. Birinci, ikinci və üçüncü yerləri tutan komandalara medallar və müxtəlif mükafatlar, daha çox fərqlənən oyunçulara isə hədiyyələr təqdim olundu. Mükafatları və hədiyyələri Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmət təqdim etdi”, – Əhməd İsmayılov dedi.

Əhməd İsmayılovun sözlərinə görə, onun işlədiyi son 11 il ərzində ən yüksək yarış bu olub. Gələcək planlarından da danışan İsmayılov bildirdi ki, onun yetirmələri 30 sentyabr tarixində respublika çempionatına qoşulacaqlar.

“Daha sonra Allahverdi Hümbətovun xatirəsinə həsir olunmuş turnir keçirəcəyik. Bundan sonra isə Mixeil Mesxiyə həsr olunmuş turnir keçirməyi də planlaşdırırıq”, – Əhməd İsmayılov dedi.

Əhməd İsmayılov onu da əlavə etdi ki, yarışın yüksək səviyyədə keçirilməsi üçün Marneuli merinə müraciət edib, amma ona dəstək göstərilməyib.

İstifadə olunan şəkillər Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin “facebook” səhifəsindən götürülüb.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print