Gürcüstan Futbol Federasiyası bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstan Kubokunun finalında iştirak edəcək
komandalardan birinin üzvlərində koronavirus yoluxma halı qeydə
alınıb. Buna görə də görüş təxirə salınıb. Final görüşü 25 noyabr
tarixində baş tutmalı idi.