Şota Arveladze çempion olduqdan sonra istefa verdi
Özbəkistanın "Paxtakor" komandası baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

Bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib.

Gürcüstanlı baş məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: "Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2017-ci ildən "Paxtakor"da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda AZ, Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"a rəhbərlik edib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google