Fransa millisinin sabiq futbolçusu Villi Sanyol Gürcüstan
yığmasının baş məşqçisi təyin olunub.
Bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib. 44 yaşlı
mütəxəssisin təyinatı bu gün təsdiqlənib.
Veteran müdafiəçi yeni vəzifəsində bu il martın 25-də debüt edəcək.
Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsində İsveçlə
qarşılaşacaq.
Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin
noyabrında istefa verib.
Qeyd edək ki, 2001-ci ildə Almaniya "Bavariya"sının heyətində UEFA
Çempionlar Liqasının qalibi olmuş Villi Sanyol Bundesliqada 5 dəfə
çempionluq sevinci yaşayıb. O, həmçinin Fransa millisi ilə 2006-cı
ildəki dünya çempionatının gümüş medalçısı olub. Sanyol 2014 -
2016-cı illərdə ölkəsinin "Bordo" klubuna başçılıq edib.
Mənbə: report.az