Gürcüstanın bir nömrəli tennisçisi Nikoloz Basilaşvili Dohada
keçirilən ATP-250 turnirinin qalibi olub.
Finalda onun rəqibi ispaniyalı tennisçi Roberto Bautista Aquta
olub.
Qarşılaşma 7:6 (5), 6:2 hesabı ilə N.Basilaşvilinin xeyrinə
nəticələnib.
Matç 1 saat 30 dəqiqə davam edib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili tennisçini qələbə
münasibətilə təbrik edib.
Qeyd edək ki, Gürcüstan təmsilçisi turnirdə dünyanın ən yaxşı
tennisçisi Rocer Federerə qalib gəlib. Bu, tennis oyunu tarixinə
sensasiya kimi düşüb.
Mənbə: report.az