Azərbaycanlı futbolçu karyerasını Gürcüstanda davam etdirəcək
Azərbaycanın “Səbail” klubundan ayrılan Vüqar Bəybalayev karyerasını Gürcüstanda davam etdirəcək.

"Marneuli" radiosu AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Telavi” klubuna keçib.

Yarımmüdafiəçi ilə müqavilənin şərtləri açıqlanmayıb. Futbolçu yeni klubunda 15 nömrəli formada çıxış edəcək.

“Telavi” Gürcüstanın yüksək liqasında 5 turdan sonra topladığı 5 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Print Email
FaceBook Twitter Google