Marneulidə Ümumdünya İdman və Sağlamlıq günü münasibəti ilə tədbir keçirildi (VIDEO)
16:49 / 06.04.2021
Bu gün, 6 aprel tarixində Marneulidə Ümumdünya İdman və Sağlamlıq
günü münasibəti ilə tədbir keçirildi.
“AtaHolding” İdman Kompleksində baş tutan tədbirdə Marneulidə
fəaliyyət göstərən idman klublarının yetirmələri və onların
məşqçiləri iştirak edirdilər.
İdman tədbiri Marneulidə yeni yaradılan “Gürcüstan Azərbaycanlı
İdmançılar Birliyi”-nin təşkilatçılığı ilə baş tutdu. Təşkilatın
sədri Tofiq Əkbərəov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, onların əsas məqsədi Marneulidə idman sahəsinin inkişaf
etdirilməsi və gənclərin pis vərdişlərdən uzaq tutulmasıdır.
Tofiq Əkbərov ümid edir ki, bu cür tədbirlər davamlı olacaq və
dünya arenalarında Marneulinin adını tanıdacaq idmançılar
yetişdiriləcək. Tədbirdə iştirak edən Karate və Kik-boks
federasiyasının prezidenti Faiq Məmmədov qeyd etdi ki, yaxın
gələcəkdə Marneulidə yeni yarışar təşkil olunacaq.