Avropa çempionatı: Gürcüstan yığması Türkiyə və Rusiya ilə eyni qrupda
2022-ci ildə keçiriləcək basketbol üzrə Avropa çempionatının püşkü atılıb.

Məlumata görə, Gürcüstan yığması Türkiyə, İspaniya, Rusiya, Belçika və Bolqarıstanla birlikdə A qrupunda yer alıb.

A qrupu: Gürcüstan, Türkiyə, İspaniya, Rusiya, Belçika, Bolqarıstan

B qrupu: Almaniya, Fransa, Sloveniya, Litva, Macarıstan, Bosniya və Herseqovina

C qrupu: İtaliya, Yunanıstan, Xorvatiya, Ukrayna, Estoniya, Böyük Britaniya

D Grubu: Çexiya, Serbiya, Finlandiya, Polşa, İsrail, Niderland.

Qeyd edək ki, Avropa çempionatının oyunları 2022-ci il 1 - 18 sentyabrda Gürcüstan, Almaniya, İtaliya və Çexiyada olacaq. A qrupunun qarşılaşmaları Gürcüstanın paytaxtı Tbilisidə gerçəkləşəcək.
Print Email
FaceBook Twitter Google