Azərbaycan və Gürcüstan voleybolçuları yoldaşlıq görüşü keçiriblər
Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Görüş Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib.

Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri izləyiblər.

Yoldaşlıq görüşü 3:0 hesabı ilə Azərbaycanın xeyrinə nəticələnib.

Yekunda komanda kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan millisi Gürcüstanda 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib. Komanda Gürcüstanla qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google