“Azərbaycan milli komandası gənc və perspektivli kişi
voleybolçularla komplektləşdirilib”.
Bunu açıqlamasında Gürcüstanın Voleybol Federasiyasının (GVF)
prezidenti İrakli Çaçua deyib.
Çaçua bildirib ki, Azərbaycan yığması Gürcüstanda keçirdiyi Avropa
çempionatının seçmə oyunlarında yaxşı təcrübə qazanıb:
“Bu, azərbaycanlı voleybolçuların gələcəkdə də uğurlu
nəticələr əldə edəcəklərinə böyük ümidlər
verir”.
GVF prezidenti Azərbaycanın Voleybol Federasiyası ilə çox sıx
əməkdaşlığın olduğunu da sözlərinə əlavə edib.
Mənbə: report.az