"Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər
bir futbolçusu ilə tanış edib".
Bunu Gürcüstanın "Dinamo" komandasının kapitanı Giorgi Papava evdə
"Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat
mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
28 yaşlı yarımmüdafiəçi oyunun çətin keçəcəyini bildirib:
"Nəticəni indidən demək olmaz. Hər şeyi meydanda
görəcəyik".
Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da
keçiriləcək oyun saat 21:00-da başlanacaq.
Mənbə: report.az