Qazaxıstanda keçiriləcək turnirdə Marneulili idmançı da iştirak edəcək (FOTO)
Avqustun 7-də Qazaxıstanın Almata şəhərində “K-1” üzrə “Alash Pride Gran-Prix 67” turniri keçiriləcək. Bu turnirdə Gürcüstandan da idmançılar iştirak edəcək. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Karate və Kik-boks federasiyasının prezidenti Faiq Məmmədov məlumat verdi. Onun sözlərinə görə, həmin yarışa onun tələbəsi Elnur Quliyev də qoşulacaq.

“Biz də bu yarışa dəvət aldıq. İnşallah bu yarışdan qələbə ilə qayıdacağıq. Gürcüstanımızın və Marneulimizin adını ucaldacağıq. Mən tələbəmə bu sahədə güvənirəm”, – Faiq Məmmədov dedi.

İdmançı Elnur Quliyev bu yarışda iştirak etdiyi üçün çox sevinir. O, ümid edir ki, bu yarışdan qələbə ilə qayıdacaq.

“Mən indi daha çox çalışıram ki, bu yarışda qələbə qazanım. İndi daha çox məşq edirəm”, – Elnur Quliyev dedi.

Qeyd edək ki, turnirdə Elnur Quliyevin rəqibi Qazaxıstanlı idmançı Qalımjan Kanaev olacaq.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər