Tbilisidə təlim-məşq toplanışında olan Bakının “Sabah” futbol klubu
hazırlıq çərçivəsində iyulun 20-də ilk yoxlama oyununu keçirib.
"Sabah" komandası yerli “Şukura” (Kobuleti) komandası ilə
qarşılaşıb.
“Zestafoni” təlim-məşq bazasının meydançasında keçirilən oyun
"Sabah"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu qarşılaşmanın 67-ci dəqiqəsində Xulio Rodriqes
vurub.
“Sabah” Tbilisi toplanışı çərçivəsində növbəti oyununu iyulun 23-də
yerli “Samqurali” klubuna qarşı keçirəcək.
Mənbə: azertac.az