Güllə atıcısı Nino Salukvadze karyerasını başa vurub
Gürcüstanın güllə atıcısı Nino Salukvadze karyerasını başa vurub.

52 yaşlı idmançı bu barədə "TASS"a açıqlamasında məlumat verib.

O, növbəti Yay Olimpiya Oyunlarında məşqçi kimi fəaliyyət göstərəcəyini bildirib. Salukvadze Tokio-2020-də 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışının təsnifat mərhələsini 54 idmançı arasında 31-ci sırada bitirib.

Qeyd edək ki, Nino Salukvadze 9 olimpiadada iştirak etmiş yeganə qadın idmançıdır. O, 1988-ci il Seuldaki Yay Olimpiya Oyunlarında 25 məsafəyə atəşaçmada qızıl, 10 metr məsafəyə atəşaçmada gümüş medal qazanıb. Təcrübəli idmançı 2008-ci il Pekin olimpiadasında isə bürünc medal əldə edib.
Print Email
FaceBook Twitter Google