Azərbaycanda çalışmış mütəxəssis "Dinamo" klubunda vəzifə alıb
Gürcüstan millisinin sabiq futbolçusu Aleksandr Rexviaşvili Tbilisi “Dinamo”sunun idman direktoru təyin olunub.

Bu barədə klubun prezidenti Roman Pipiya və komandanın baş məşqçisi Kaxa Tsxadadze keçirdikləri brifinqdə məlumat veriblər.

Klubun qərarına əsasən, R.Pipiyanın səlahiyyətlərinin bir qismi idman direktoruna təhvil verilib.

A.Rexviaşvili 2019-cu ilin yazından Belarusun “Şaxtyor” klubunda analoji vəzifəni tutub.

Brifinqdə həmçinin bildirilib ki, K.Tsxadadze komanda ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, A.Rexviaşvili futbol karyerasına 1991-ci ildə “Dinamo”da başlayıb. 47 yaşlı mütəxəssis 2005-ci ildə “Bakı” klubunda çıxış edib. 2012 - 2014-cü illərdə isə Bakının “İnter” klubunda məşqçi-seleksiyaçı vəzifəsində çalışıb.


Mənbə: report.az
Print Email
FaceBook Twitter Google