Tbilisidə yunan-Roma güləşi üzrə uşaq və yeniyetmələr arasında
Abxaziya açıq birinciliyi keçirilib.
Gürcüstan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən
yarışda bu ölkənin bir çox regionlarından güləşçilər, o cümlədən
Marneulidə yeni fəaliyyətə başlayan “Olimp” idman məktəbinin dörd
idmançısı iştirak edib. Məktəbin yetirmələrindən Kənan Namazov (62
kq) və Rəşad Qabulov (41 kq) üçüncü yerdə qərarlaşıblar.
Mənbə: azertac.az