Nikoloz Basilaşvili Indian Wells Masters yarışının yarımfinalında
amerikalı rəqibi Taylor Fritzə qalib gəlib və ilk dəfə turnirin
finalında oynayacaq.
Basilaşvili Fritzi iki setdə 7:6, 6:3 hesabı ilə məğlub edib.
Finalda onun rəqibi britaniyalı Kameron Nor olacaq.
"Indian Wells Masters", hər il keçirilən 8-9 Masters 1000
turnirlərindən biridir və ən nüfuzlu yarışlardan sayılır.
Bu il turnirin mükafat fondu 9,146,125 dollardır.
Nikoloz Basilaşvili gürcü tennisçidir. Uğurlu idman karyerası
fonunda, 2020-ci ilin may ayında ailədaxili zorakılıq zəminində
həbs olunsa da, 100,000 lari girov müqabilində sərbəst
buraxılıb.
Tennisçi, azyaşlı uşağın yanında keçmiş həyat yoldaşı Neka
Dorokaşviliyə qarşı fiziki zorakılıqda ittiham olunurdu.
Dorokaşvilinin sözlərinə görə, Basilaşvili sistematik olaraq onu
təhqir edib, ancaq, bunu Basilaşvilinin ailəsi inkar edib.
Hələlik məhkəmə iclasları bitməyib.