Marneuli bələdiyyəsinin idman məktəbinin boksçusu Qiorqi Jorjoliani
Avropa çempionatında iştirak edir.
Gürcüstan Boks Milli Federasiyasının məlumatına görə, Marneulili
idmançı Belorusiyalı boksçunu məğlub edib. Marneuli İdman
Məktəbinin rəhbəri Mamuka Naveriani ümid edir ki, Qiorqi Jorjoliani
Gürcüstana böyük uğurlarla qayıdacaq və gələcək nəsilin boksla
məşğul olması üçün motivasiya olacaq.
“Qiorqi Jorjoliani uşaqlıqdan Marneulidə boks üzrə məşq
edir. İlk növbədə ona çəkdiyi zəhmətə, onun məşqçisinə isə bu gün
Qiorqinin çempionatda iştirak etməsinə görə, minnətdarlığımı
bildirirəm. O, Gürcüstan milli yığmasında gənclər yığmasının
üzvüdür və bizim bələdiyyənin uğurlu gənclərindən biridir.
Həmçinin, Gürcüstan Boks Federasiyasının rəhbəri cənab Davit
Tsiklauriyə və Gürcüstan boks üzrə məşq qərargahına minnətdarlığımı
bildirirəm ki, sağlam rəqabət əsasında Qiorqinin Avropa
çempionatında iştirak etmək şəraiti var”, – Mamuka
Naveriani bildirdi.
Qeyd etmək lazımdır ki, Gürcüstan Gənc Boksçular yığması
monitorinqdə Avropa çempionatında iştirak etmək üçün 13 oktyabr
tarixində yola düşüb. Çempionat bir neçə gün ərzində davam
edəcək.