Marneulidə Azərbaycan, Gürcüstan, Türkiyə və Pakistan şahmat məktəblərinin iştirakı ilə yoldaşlıq görüşü keçirilib
Marneulidə Azərbaycan, Gürcüstan, Türkiyə və Pakistanın şahmat məktəblərinin iştirakı ilə yoldaşlıq görüşü keçirilib.

Onlayn formatda keçirilən görüşdə 6 komandada 88 gənc şahmatçı iştirak edib.

Yarışda ümumi nəticələrə görə 311 bal toplayan Azərbaycan Respublikası Balakən Şahmat Məktəbinin yetirmələri birinci yerə, Gürcüstanı təmsil edən “Marneuli Şahmat Klubu”nun yetirmələri 116 balla ikinci, Azərbaycan Respublikası Samux Uşaq Gənclər İdman, Şahmat Məktəbinin gəncləri isə üçüncü yerə çıxıblar.

Marneulidəki “Çay Evi”nin layihə rəhbəri Emin Əhmədov sözlərinə görə, bu cür yarışlar şahmatın regionlarda inkişafına və gənclərin şahmata marağının artmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, Marneuli şahmat klubu SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə fəaliyyət göstərir. Layihədə 420 yeniyetmə və gənc müxtəlif peşə və ixtisaslar üzrə pulsuz təhsil alıb.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google