“Gənclik” futbol məktəbinin yetirmələri Tbilisi və Polşanın futbol klublarına transfer ediliblər
Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol məktəbinin yetirmələri Nicat Hüseynov Polşanın “Lex Poznan”, İlkin Əhmədov həmin ölkənin “MKS Strug Tyczyn” klubuna transfer olunublar, Tural Məmmədov isə Tbilisinin “Merani” klubunun sıralarına qoşulub.

“Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov sözlərinə görə, Nicat Hüseynov dünyanın ən yaxşı futbol klublarından birində oynayacaq. O, buna görə, çox sevinir və ümid edir ki, onun yetirmələri Marneulinin adını ucaldacaqlar.
“2004-cü il təvəllüdlü Nicat Hüseynov dünyanın ən yaxşı klublarından olan, həmçinin Polşanın ən yaxşı futbolçu yetişdirən “Lex Poznan” futbol klubuna transfer olundu. Mənə məlumat gəldi ki, Polşada seçimlər keçirilir. Mən də Nicat Hüseynovu Polşaya göndərdim. Orada seçimlərdən uğurla çıxdı və 25-liyə düşdü. Yəni bir komandada 25 nəfər olur. Birinci yığma, ikinci yığma. Daha sonra isə növbəti seçim keçirildi. O, 25-likdən 11-ə düşdü. İndi isə bir başa hücum heyətindədir. Hücum xəttində oynayır. Kənd yerindən çıxıb getdi. İnvertarsız, topsuz heç nəsiz çıxıb getdi. Kiçik klubdan gedərək, o cür kluba düşdü. Bu böyük bir müvəffəqiyyətdir”, – Əhməd İsmayılov dedi.

Futbol məktəbinin daha bir yetirməsi Tural Məmmədov Tbilisidə fəaliyyət göstərən “Merani” futbol klubu ilə müqavilə imzalayıb. Əhməd İsmayılovın dediyinə görə, onun yetirməsi bundan sonra istədiyi futbol klubuna transfer oluna bilər.

“Tural Məmmədov 1998-ci il təvəllüdlüdür. Azərbaycandan internetlə tapmışdılar. Onu “Barsa”ya yönəltdilər. Barsadan belə bir cavab gəldi ki, bu adam heç bir zaman peşəkar futbol klubunda olmayıb. Peşəkar klubda olandan sonra onun transfer edilməsində heç bir problem olmayacaq. Bu FİFA-nın çıxartdığı bir qərarıdır. Onu nə Azərbaycan, nə Gürcüstan nə də ki, İspaniya çıxardıb. Ona görə də mən onu “Borjomi”yə göndərdim. “Borjomi”də seçimdən uğurla çıxdı və iki qol vurdu. Oradan məsləhət gördülər ki, onu başa kluba göndərək. Oradan “Merani”yə göndərdilər və seçimlərdə iştirak etdi. Seçimlərdən uğurla çıxdı. May ayının ikisində Tbilisinin ən güclü klublarından olan “Merani” futbol klubu ilə müqavilə imzaladı. Artıq “Merani”dədir. Artıq müqavilə bağlanıb. O, indi artıq həmin klubdan dünyanın istənilən klubuna gedə bilər. Tural Məmmədov mənim ilk tələbəm olub. Hətta o, Bursa futbol akademiyasında olub. Qars futbol akademiyasında isə 6 ay qalıb. Tural tək klassik futbol oynayır. Buna lazımdır ki, başqa yerlərdə oynasın. Məsələn, Realda, Barselonada və yaxud başqa yerlərə məharətini göstərsin. Bir il isə Kiyevdə ikinci liqada oynadı, 3 qolun müəllifi oldu”, – Əhməd İsmayılov “Marneuli” radiosuna bildirdi.

“Gənclik” futbol məktəbinin baş məşqçisinin sözlərinə görə, onun daha bir yetirməsi Polşada futbol klublarının birində qapıçı kimi oynayır.

“2001-ci il təvəllüdlü İlkin Əhmədov artıq Polşada ikinci liqada oynayacaq. Həmin klubda iki qapıçı var. Biri İlkindir. Seçimdə yerli qapıçını üstələdi. Və yoxlama oyundan sonra buna əsas heyətdə oyuna icazə verdilər. İlkin Əhmədov da ilk yazılan yetirmələrimdən biridir. Bir il Bakıda klubların birində, ikinci dəstədə iştirak edib. 1 il Tbilisidə yerləşən idman akademiyasında 2-ci liqada iştirak edib. Bu gün o, da Polşadadır”, – Əhməd İsmayılov əlavə etdi.

Əhməd İsmayılov onu da qeyd etdi ki, 9 may tarixində onun daha iki yetirməsi – 2001-ci il təvəllüdlü Rufan Babakişiyev və 2004-cü il təvəllüdlü Rəşad Quliyev “Sivasspor” futbol klubuna gedəcəklər. Onlar artıq ilk seçimdən çıxıblar. İndi onlar İstanbula gedərək, ikinci seçmə mərhələdə iştirak edəcəklər.

Print Email
FaceBook Twitter Google