İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.
Bu ada "Napoli"də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.
21 yaşlı hücumçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan
Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan
Duşan Vlahoviçi qabaqlayıb.
Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1
məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm
çempionatda 4 qola imza atıb.