Xviça Kvaratsxeliya İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib
İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.

Bu ada "Napoli"də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.

21 yaşlı hücumçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.

Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm çempionatda 4 qola imza atıb.

"Marneuli" Radiosu
Print