Gürcüstan və Şimali Makedoniya futbol komandaları arasında
keçiriləcək oyunun bütün biletləri bir gündə satılıb.
Gürcüstan millisi rəqiblə sentyabrın 23-də “Dinamo Arena”da üz-üzə
gələcək.
Qarşıdan gələn qarşılaşma Millətlər Liqasının qrup mərhələsinin son
ev oyunudur.
Qrupa 10 xalla Gürcüstan millisi başçılıq edir. İkinci yerdə
birbaşa rəqibi 7 xalı olan Şimali Makedoniya qərarlaşıb.
Villi Sanolinin yetirmələri Makedoniyadan sonra səfərdə
Cəbəllütariq millisi ilə qarşılaşacaq.