24-25 sentyabr tarixlərində Tbilisidə Gürcüstanın ərazi bütövlüyü
uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş cüdo üzrə
beynəlxalq turnir keçirilib.
2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar arasında
keçirilən turnirdə Marneuli İdman Məktəbinin cüdoçuları da iştirak
ediblər.
Marneuli İdman Məktəbinin verdiyi məlumata görə, məktəbin
cüdoçuları turnirdə uğurla çıxış ediblər. Belə ki, bir idmançı
ikinci, iki idmançı da üçüncü yerə çıxıblar.
- İkinci yer - Beka Çkadua (məşqçi - Qiqla
Tsipiani)
- Üçüncü yer - Əli İsmayılov (məşqçi Rza
Abbasov)
- Üçüncü yer - Andro Papunaşvili (məşkçi Temur
Jorjoliani)