Fransanın PSJ klubunun futbolçusu Lionel Messi rəqib
komandaların cərimə meydançasındakı uğurlu driblinq sayında “Top-5”
liqalara başçılıq edir.
Argentinalı hücumçunun cari mövsüm Fransa Liqa1-də 9 cəhdi dəqiq
alınıb.
Onu 8 driblinqlə İngiltərənin “Arsenal” klubunun hücumçusu Qabriel
Jezuş və “Brayton”un forvardı Kaoru Mitoma izləyirlər.
“Böyük beşlik” ölkələrinin yüksək liqalarında sıralamanın digər iki
yerini tutanların aktivində 7 uğurlu driblinq var. Bunlar Vinisyus
Junior (“Real”, İspaniya) və Georginio Rutterdir (“Lids”,
İngiltərə).
Mənbə: report.az