VAR sistemində yenilik - QƏRAR
Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) VAR sistemi ilə bağlı yenilik tətbiq edəcək.

Təşkilatın fevral ayında Mərakeşdə keçiriləcək iclası zamanı yeni qərar qəbul olunacaq.

Bundan sonra baş hakim VAR-ın qərarını mikrofon vasitəsilə tamaşaçılara elan ediləcək. Matçı həm stadionda, həm də televiziya vasitəsilə izləyənlər qərardan xəbərdar ola biləcəklər. Lakin hakimlərin arasında gedən danışıqlar ictimaiyyətə təqdim olunmayacaq.

Yenilik ilk dəfə qadınlar arasında keçiriləcək dünya çempionatında sınaqdan keçiriləcək.

Mənbə: sportfm.az
Print Email
FaceBook Twitter Google