12 may tarixində Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş
klublararası cüdo yarışı keçirilib.
Yarış “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin”
təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Marneuli Bələdiyyə Məclisinin üzvü Mahir Bayramov,
Azərbaycan Respublikasının Diaspora Dəstək Fondunun direktor
müavini Şahin Camalov, Diasporla İş Üzrə Dövlət Komitəsinin
əməkdaşı Nəriman Əliyev, gənclər və maraqlanan şəxslər iştirak
ediblər.
Turnirdə idmançılar 10 çəki dərəcəsində öz güclərini sınayıblar.
Tədbirin sonunda qaliblərə diplom və medallar təqdim olunub.