Marneulidə cüdo üzrə klublararası turnir keçirilib (FOTO)
12 may tarixində Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş klublararası cüdo yarışı keçirilib. Yarış “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Marneuli Bələdiyyə Məclisinin üzvü Mahir Bayramov, Azərbaycan Respublikasının Diaspora Dəstək Fondunun direktor müavini Şahin Camalov, Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Nəriman Əliyev, gənclər və maraqlanan şəxslər iştirak ediblər.

Turnirdə idmançılar 10 çəki dərəcəsində öz güclərini sınayıblar. Tədbirin sonunda qaliblərə diplom və medallar təqdim olunub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print